Oktyabrın 17-18-də Bakı İdman Sarayında sumo üzrə dünya çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dünyanın 30-a yaxın ölkəsindən idmançıların iştirak edəcəyi çempionatda kişilər, qadınlar və 18 yaşadək yeniyetmələr fərdi və komanda yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.
Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq “dohyo” meydanında keçiriləcək. İki gün davam edəcək çempionatın açılış mərasimində xüsusi şou proqramı da təqdim olunacaq.
Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları, oktyabrın 18-də isə kişilər və qadınlar arasında fərdi və komanda yarışları keçiriləcək.
