İdmançılarımızdan Abu-Dabidə 13 medal - FOTO

Xəbərlər
13 May 2024 09:03
172
İdmançılarımızdan Abu-Dabidə 13 medal - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə “Abu Dhabi Grand Slam Prime” adlı ciu-citsu üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan idmançıları 4 qızıl, 7 gümüş, 2 bürünc medal qazanıblar.

Yığma üzvlərindən Orxan Mehdiyev, Dmitri Lazarev, Fərid Həsənov, Orxan İbrahimov qızıl, Müslim Ağbalayev, Nizami Zeynalov, Vüqar Eyyubov, Şirxan Xansultanov, Azər Vahabzadə, Timur Simvol, Ziya Abdullayev gümüş, Sənan Zeynalov, Zülfüqar Məmmədov isə bürünc medal qazanıblar.

İdman.biz

Məqalədə: