Uşu-sanda üzrə Azərbaycan millisi İsveçin paytaxtı Stokholmda keçiriləcək Avropa çempionatında iştirak edəcək.
İdman.biz xəbər verir ki, yığma yarışda böyük məşqçi Barətdin Səlimovun rəhbərliyi altında 7 idmançı ilə təmsil olunacaq.
Çempionatda gənclər arasında Elçin Muradov (52 kq), Amin Əlilli (60 kq) və Həmzə Rəsulzadə (65 kq) qüvvəsini sınayacaq. Böyüklərin kateqoriyasında isə Orxan Hətəmov (48 kq), 6 qat Avropa çempionu Elçin Eminov (65 kq), Ruslan Pirəliyev (70 kq) və Rüfət Kərimov (80 kq) mübarizə aparacaq.
Qeyd edək ki, bu gün start götürəcək Avropa çempionatı mayın 5-də yekunlaşacaq.
Emin Ağa
İdman.biz