"Rizin" Döyüş Federasiyasının təsisçisi: "Azərbaycanda daha güclü yarış təqdim edəcəyik"

Xəbərlər
14 Sentyabr 2023 11:42
109
"Rizin" Döyüş Federasiyasının təsisçisi: "Azərbaycanda daha güclü yarış təqdim edəcəyik"

"Azərbaycan rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bizə şərait yaratdıqları üçün minnətdarlığımı bildirirəm. Təşkilatımız 2015-dən fəaliyyət göstərir. Azərbaycandakı turnir xaricdəki ilk yarışımızdır. Buradakının da digərlərindən fərqi olmayacaq. Daha güclü yarış təqdim edəcəyik".

İdman.biz xəbər verir ki, bunu "Rizin" Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib.

Funksioner tədbir iştirakçılarına təşəkkür edib: "Bu turnir tək sizin medianızda yox, Yaponiya və digər ölkələrdə də yayımlanacaq. Bakıda 10 döyüş baş tutacaq".

Qeyd edək ki, Milli Gimnastika Arenasındakı yarışda Azərbaycan döyüşçülərindən Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov, Tural Rəhimov və Nəriman Abbasov iştirak edəcəklər.

Ağa Dadaşzadə

İdman.biz