Fərid Qayıbov: “Hər kəsi təmiz və ədalətli mübarizə aparmağa çağırıram”

Xəbərlər
21 Aprel 2024 21:24
110
Fərid Qayıbov: “Hər kəsi təmiz və ədalətli mübarizə aparmağa çağırıram”

Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov Ədalətli İdman Günü ilə bağlı fikirlərini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, AMADA-nın sosial şəbəkə hesablarında Azərbaycan idmançılarının hər zaman ədalətli və təmiz mübarizə prinsiplərinə riayət etdiklərini bildirib.

Nazir hamını hər zaman təmiz və ədalətli mübarizə aparmağa çağırıb: “19 aprel Beynəlxalq Ədalətli İdman Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Milli Antidopinq Agentliyi Təmiz İdman Həftəsi elan edib. Bu həftə ərzində agentlik federasiyalar və digər idman qurumları ilə tədbirlər keçirib. Azərbaycan idmançıları hər zaman bu prinsiplərə riayət ediblər və gələcəkdə də ədalətli və təmiz mübarizə aparacaqlar. Mən hamınızı hər zaman təmiz və ədalətli mübarizə aparmağa çağırıram”.

Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib.

İdman.biz