Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
25 Mart 2024 16:02
126
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, martın 25-31-də müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə ustad dərsləri – 28 mart, saat 16:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- "Sağlam həyat" layihəsi çərçivəsində boks üzrə ustad dərsləri – 28 mart, saat 18:00 (Xırdalan şəhəri, Heydər Əliyev parkı);
- Novruz bayramına həsr edilmiş sərbəst güləş üzrə 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında İOEUGİM-nin açıq birinciliyi – 29 mart, saat 10:00 (Sumqayıt şəhəri, "Alüminiumçu" İdman Evi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst-güləş üzrə ustad dərsləri – 29 mart, saat 16:00 (Xızı rayonu, Giləzi qəsəbəsi, UGİŞM).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş dama üzrə rayon turniri - 28 mart, saat 15:00 (Ağsu rayonu, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- "Birkimibirlikdə" devizi altında voleybol yarışı - 28-29 mart, saat 11:00 (İsmayıllı rayonu, Diyallı kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə məşğələ - 29 mart, saat 13:00 (Şamaxı rayonu, Göylər kənd 2 saylı tam orta məktəb);
- Sərbəst güləş üzrə 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında rayon turniri - 29 mart, saat 15:00 (Qobustan rayonu, "Güləş" idman zalı).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə Novruz bayramına həsr olunmuş 1 nömrəli UGİŞM açıq birinciliyi - 25 mart, saat 10:00 ("Wrestling" idman klubu);
- Yunan-Roma güləşi üzrə Goranboy rayon kubok turniri - 25 mart, saat 9:00 (Goranboy Olimpiya İdman Kompleksi)
- Cüdo üzrə nümunəvi çıxışlar - 27 mart, saat 16:00 (Gəncə cüdo klubu);
- Atletika üzrə nümunəvi çıxışlar - 27 mart saat 15:00 (Naftalan şəhər stadionu);
- Savat üzrə nümunəvi çıxışlar - 28 mart, saat 16:00 ("İrəvan" İdman Mərkəzi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün" idman tədbiri - 29 mart, saat 15:00 (Şəmkir Olimpiya İdman Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "Quba - İdman Paytaxtı 2024" çərçivəsində mas-reslinq üzrə ölkə çempionatı və birinciliyi – 27-28 mart, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində atletikanın kros qaçış növü üzrə kütləvi idman tədbiri - 28 mart, saat 15:00 (Şabran şəhər Mərkəzi stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə kütləvi idman tədbiri - 29 mart, saat 11:00 (Siyəzən şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə kütləvi idman tədbiri - 29 mart, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- "Quba - İdman Paytaxtı 2024" çərçivəsində sambo üzrə Quba rayon açıq birincilik – 29-30 mart, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- Xaçmaz rayon ümumtəhsil məktəblərinin 2010-2011-ci il təvəllüdlü qızlardan ibarət komandaları arasında minifutbol üzrə rayon turniri - 30 mart, saat 10:00 (Xaçmaz rayonu, C.Cabbarlı adına 6 saylı tam orta məktəb);
- "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş cüdo üzrə Qusar rayon birinciliyi - 30 mart, saat 10:00 (Qusar şəhər güləş zalı).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş gənclər arasında futbol üzrə rayon turnirinin qrup oyunları - 25 -31 mart, saat 14:00 (Masallı rayonu, Ərəb kənd stadionu);
- Məktəblilər arasında turnikdə dartınma üzrə nümunəvi çıxışlar - 27 mart, saat 11:30 (Yardımlı rayonu, 1 saylı tam orta məktəb);
- Uşaqlar və yeniyetmələr arasında boks üzrə UGİM turniri - 28 mart, saat 15:00 (Masallı Regional Boks Mərkəzi);
- "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş kikboksinq üzrə region turniri - 29 mart, saat 10:00 (Masallı Regional Boks Mərkəzi);
- Novruz bayramına həsr olunmuş həvəskarlar arasında nərd üzrə Astara rayon turniri - 29 mart, saat 10:00 (Astara Gənclər Evi);
- "Həmrəylik Kuboku" adlı gənclər arasında minifutbol turniri - 30-31 mart, saat 11:00 (Lerik şəhər stadionu);
- "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş cüdo üzrə region turniri - 30-31 mart, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş böyüklər və veteranlar arasında ağırlıqqaldırma üzrə region çempionatı - 30-31 mart, saat 10:00 (Lənkəran rayonu, "Zirvə" idman klubu).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Novruz bayramına həsr olunmuş idmanın yunan-Roma güləşi üzrə Mingəçevir şəhər açıq birinciliyi - 26 mart, saat 10:00 (Mingəçevir şəhəri, Nizami küçəsi, yunan-Roma güləş zalı);
- "Şahin" hərbi-idman oyununun rayon mərhələsi - 29 mart, saat 10:00 (Ağdaş rayonu, Qəsil kənd tam orta məktəbi);
- "Şahin" hərbi-idman oyununun rayon mərhələsi - 30 mart, saat 9:00 (Zərdab rayonu, Gəlmə kənd tam orta məktəbi).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Minifutbol üzrə məktəblilər arasında nümunəvi çıxışlar - 27 mart, saat 16:00 (Beyləqan rayonu, 4 saylı tam orta məktəb);
- Minifutbol üzrə məktəblilər arasında nümunəvi çıxışlar - 28 mart, saat 15:00 (Sabirabad rayonu, H.Əliyev parkının futbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 28 mart, saat 16:00 (Saatlı rayonu, cüdo idman zalı).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Məktəblilər arasında velosiped üzrə rayon birinciliyi - 28 mart, saat 11:00 (Balakən rayonu, İtitala kəndi);
- UGİM qurupları arasında yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 28 mart, saat 16:00 (Şəki rayonu, Anar güləş klubu);
- Yeniyetmələr arasında minifutbol üzrə rayon birinciliyi - 29-30 mart, saat 11:00 (Oğuz Olimpiya İdman Kompleksi).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- Ümumtəhsil məktəblərinin 8-10-cu sinif oğlanları arasında 1000 metr məsafəyə kros qaçışı üzrə turnir - 29 mart, saat 10:00 (Kəlbəcər rayonu, Gəncə şəhəri, Kəlbəcər rayon 11 nömrəli tam orta məktəb);
- Ümumtəhsil məktəblərinin 8-10-cu sinif qızları arasında basketbol üzrə rayon birinciliyi - 30-31 mart, saat 10:00 (Zəngilan rayonu, Binəqədi rayonu, Zəngilan rayon 4 nömrəli tam orta məktəb).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 29 mart, saat 15:00 (Salyan rayonu, Aşağı Kürkənd kənd tam orta məktəbi);
- "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş boks üzrə rayon birinciliyi - 29-30 mart, saat 10:00 (Neftçala Olimpiya İdman Kompleksi).

İdman.biz

Məqalədə: