İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
27 Fevral 2024 18:00
112
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, fevralın 26-dan martın 3-dək müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

Alpinizm üzrə Rusiya açıq çempionatı (boulderinq, sürət, çətinlik) - 31 yanvar – 7 aprel (Rusiya, Moskva);
Qılıncoynatmanın sablya növü üzrə yeniyetmə, gənc oğlanlar və qızlar arasında, şpaqa növü üzrə yeniyetmə oğlanlar, qızlar və gənc qızlar arasında Avropa çempionatı - 22-29 fevral (İtaliya, Napoli);
Stend atıcılığı üzrə "Amir" kuboku - 22-29 fevral (Qətər, Doha);
Güllə atıcılığı üzrə Avropa çempionatı - 24 fevral – 3 mart (macarıstan, Dyor);
Parapauerliftinq üzrə Dünya Kuboku - 25 fevral – 8 mart (Birləşmiş Ərəb Əmirlikləri, Dubay);
Ciu-Citsu üzrə ASIAN INDOOR AND MARTIAL ART GAMES beynəlxalq turniri - 26 fevral – 6 mart (Tayland);
Bilyard idmanının "Qarışıq Piramida" növü üzrə dünya çempionatı - 26 fevral – 3 mart (Qırğızıstan);
Fiqurlu konkisürmə üzrə İSU yeniyetmələrin dünya çempionatı - 26 fevral – 3 mart (Tayvan, Taypey);
Badminton üzrə "Uganda Junior İnternational 2024" - 26–28 fevral (Uqanda, Kampala);
Badminton üzrə "German Open 2024" - 27 fevral – 3 mart (Almaniya, Mülhem);
Stolüstü tennis üzrə yeniyetmələr arasında "Eurotalents Development Camp I” - 28 fevral – 6 mart (Rumıniya, İzvorani);
Stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında "WTT Youth Contender" - 28 fevral – 2 mart (Əlcəzair);
Boks üzrə kişilər və qadınlar arasında I Olimpiya lisenziya turniri - 29 fevral – 12 mart (İtaliya, Busto Arsizio);
Para-kamandan oxatma üzrə Qran-Pri yarışı - 29 fevral – 7 mart (Birləşmiş Ərəb Əmirlikləri, Dubay);
Atçılığın dresaj növü üzrə "Maksima Masters" - 29 fevral – 3 mart (Rusiya);
Qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya Kuboku - 29 fevral – 3 mart (Yunanıstan, Afina).

İdman.biz

Məqalədə: