Təhminə Tağı-zadə: “Azərbaycan beynəlxalq milli antidopinq agentlikləri ilə sıx əməkdaşlıq edir”

Xəbərlər
21 Fevral 2024 11:01
189
Təhminə Tağı-zadə: “Azərbaycan beynəlxalq milli antidopinq agentlikləri ilə sıx əməkdaşlıq edir”

“Konfrans Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ilə keçirilir”.

İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı elmi-praktik konfransın açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, konfrans işinə Bakıda başlayıb: “Konfrans bu gün paytaxtda idmançı köməkçi heyəti, ayın 23-də isə Qubada beynəlxalq səviyyəli idmançılar üçün təşkil olunacaq. Çox sevindirici haldır ki, Azərbaycan beynəlxalq milli antidopinq agentlikləri ilə sıx əməkdaşlıq edir. Konfransda Avstriya, Yunanıstan, Almaniya, İngiltərə və digər ölkələrdən nümayəndələr iştirak edirlər. Çin, ABŞ kimi ölkələrdən “online” qoşulanlar da var”.

Banuçiçək Hüseynli
İdman.biz