Azərbaycanın olimpiya növləri üzrə dünya çempionatlarındakı medal sayında mövqeyi açıqlanıb

Xəbərlər
31 Yanvar 2024 16:44
128
Azərbaycanın olimpiya növləri üzrə dünya çempionatlarındakı medal sayında mövqeyi açıqlanıb

Cari olimpiya tsiklinin medal siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə 2020-24-cü illərdə olimpiya növlərindəki dünya çempionatlarında əldə olunan mükafatlar nəzərə alınıb.

Azərbaycan hesabat dövründə 18 medal qazanıb. İdmançılarımızın hesabında 5 gümüş və 13 bürünc mükafat var.

Yığmamız medal sayında dünyada 39-cudur. Yalnız 38 ölkənin idmançıları daha çox mükafat əldə edib.

Ümumiyyətlə, tsikl ərzində 2546 medala (790 qızıl, 788 gümüş, 968 bürünc) mükafata 102 ölkə təmsilçiləri sahib çıxıblar. 98 qızıl, 89 gümüş və 95 bürüncü olan ABŞ 282 medalla hər iki siyahıda birincidir.

Qeyd edək ki, idmançılarımız gümüş medallardan dördünü güləş, birini qılıncoynatmada qazanıb. Güləşdə 5, cüdoda 4, boksda 3, taekvondoda 1 bürünc əldə olunub.

İdman.biz

Məqalədə: