Azərbaycan uşu-sanda komandası Balkan çempionatını 19 medalla başa vurdu - FOTO

18 Noyabr 2026 15:10
60
Azərbaycan uşu-sanda komandası Balkan çempionatını 19 medalla başa vurdu - FOTO

Azərbaycanın uşu-sanda komandası Türkiyənin Bolu şəhərində keçirilən doqquzuncu Açıq Balkan Çempionatı və Avrasiya Kubokunu 19 medalla başa vurub.

İdman.Biz xəbər verir ki, yarışda 21 ölkənin idmançıları mübarizə aparıblar.

19 idmançı və dörd məşqçidən ibarət Azərbaycan komandası sanda və light sanda yarışlarında doqquz qızıl, doqquz gümüş və bir bürünc medal qazanıb.

Bundan əlavə, komanda yarışlarında çıxış edən gənclərdən ibarət yığmamız Türkiyə komandasından sonra ümumi hesabda ikinci yeri tutub.

Qeyd edək ki, komandamız yarışda gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin Eminovun rəhbərliyi ilə iştirak edib.

İdman.Biz