Gənclər və idman naziri Fərid Qayıbov “Eurosport”un nümayəndələrini qəbul edib.
İdman.Biz xəbər verir ki, noyabrın 18-də keçirilən görüşdə “Eurosport”un beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard iştirak ediblər.
Tərəflər idman yarışlarının beynəlxalq səviyyədə təbliği, media əməkdaşlığının inkişafı və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev də iştirak ediblər.
