Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
30 Yanvar 2024 15:42
108
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, yanvarın 29-dan fevralın 4-dək müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “2 fevral - Gənclər Günü”nə həsr edilmiş şahmat üzrə 2013-2015-ci il təvəllüdlü oğlan və qızlar arasında Xızı rayon birinciliyi – 30-31 yanvar, saat 10:00 (Xızı rayon, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr edilmiş yunan-Roma güləşi üzrə 2009-2010-cu il təvəllüdlü oğlanlar arasında Sumqayıt şəhər birinciliyi – 2 fevral, saat 15:00 (Sumqayıt şəhər 33 saylı tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 2 fevral, saat 15:00 (Saray qəsəbəsi, 3 saylı tam orta məktəb);
- Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr edilmiş sərbəst güləş üzrə 2009-2010-cu il təvəllüdlü oğlanlar arasında Sumqayıt şəhər birinciliyi – 3 fevral, saat 15:00 (Sumqayıt şəhər 33 saylı tam orta məktəb).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə stolüstü tennis üzrə yeniyetmələr arasında rayon turniri - 29 yanvar, saat 15:00 (Qobustan Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Boks hamı üçün" devizi altında məşğələ - 1 fevral, saat 14:30 (Ağsu rayon Cəlayir kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə məşğələ - 2 fevral, saat 13:00 (Şamaxı rayon Şərədil kənd tam orta məktəbi);
- "2 Fevral - Gənclər Günü" münasibətilə gənclər arasında şahmat üzrə İsmayıllı rayon birinciliyi - 30-31 yanvar, saat 10:00 (İsmayıllı rayon UGİŞM).

Gəncə-Daşkəsən Regionla Gənclər və İdman İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 29 yanvar, saat 11:00 (Goranboy rayonu Dəliməmmədli kəndi);
- Sərbəst güləş üzrə rayon turniri - 29 yanvar, saat 15:00 (Samux rayonu, 1 saylı məktəb-lisey);
- Stolüstü tennis üzrə rayon turniri - 29 yanvar, saat 14:00 (Samux rayonu, 1 saylı məktəb-lisey);
- “İdman hamı üçün” layihəsi çərçivəsində gimnastika üzrə nümunəvi çıxışlar - 29 yanvar, saat 17:00 (Gəncə Olimpiya İdman Kompleksi);
- Cüdo üzrə rayon turniri - 30 yanvar, saat 15:00 (Samux şəhər 1 saylı məktəb-lisey).
- “2 fevral - Gənclər Günü”nə həsr olunmuş şahmat turniri - 31 yanvar (Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi PHŞ);
- Atletika idman növünün 1000 metr məsafəyə qaçış üzrə rayon birinciliyi - 31 yanvar, saat 15:00 (Samux rayonu, Heydər Əliyev prospektində salınmış yeni park);
- "2 fevral - Azərbaycan Gənclər Günü"nə həsr olunmuş şahmat məsələlərinin əyani həlli üzrə şəhər birinciliyi - 1-2 fevral, saat 15:00 (Naftalan şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 3 fevral, saat 15:00 (Goranboy rayonu, Xanqərvənd kəndi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Karate hamı üçün" idman tədbiri - 1 fevral,
saat 16:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Stolüstü tennis hamı üçün" idman tədbiri - 2 fevral, saat 15:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- "2 fevral - Gənclər Günü" münasibətilə oğlanlar və qızlar arasında 64 xanalı dama üzrə rayon turniri - 3 fevral, saat 11:00 (Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə idman tədbiri - 2 fevral,
saat 15:00 (N.Vəliyev adına Qazax şəhər 5 saylı tam orta məktəbi);
-"İdman hamı üçün" layihəsi çərçivəsində "Taekvondo hamı üçün" idman tədbiri - 3 fevral, saat 16:00 (A.Abdullayev adına Ağstafa şəhər 2 saylı tam orta məktəbi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Alpinizm üzrə Şahdağda qış təlimi – 19 yanvar - 1 fevral (Quba rayonu);
- Buzadırmanma və qayayadırmanma festivalı – 29 yanvar – 5 fevral
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Karate hamı üçün” nümunəvi çıxışlar - 31 yanvar, saat 16:00 (Xaçmaz UGİŞM);
- "2 fevral - Gənclər Günü" münasibətilə gənclər arasında 100 m və 200 m məsafəyə qaçış üzrə Şabran rayon birinciliyi - 1 fevral, saat 15:00 (Şabran şəhər Mərkəzi stadion);
- "İdman hamı üçün" layihəsi çərçivəsində MMA üzrə təlim-məşqlər - 1 fevral, saat 16:00 (Qusar Olimpiya İdman Kompleksi);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində Şahdağ qış təlimi - 1-11 fevral, saat 9:00 (Quba rayonu, Xınalıq kəndi);
- "2 fevral - Gənclər Günü" münasibətilə gənclər arasında atletika üzrə Siyəzən rayon birinciliyi - 2 fevral, saat 10:00 (Siyəzən şəhər stadionu);
- "Quba - İdman Paytaxtı 2024" çərçivəsində atletika üzrə kütləvi idman tədbiri - 2 fevral, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- “2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş üzgüçülük idman növü üzrə Qusar rayon açıq çempionatı - 3-4 fevral, saat 10:00 (Qusar Olimpiya İdman Kompleksi).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- “Sağlam gənclik etibarlı gələcəkdir” şüarı altında könüllü gənclər arasında voleybol turniri - 3-4 fevral, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi)
- Banklar və bank olmayan kredit təşkilatları arasında “Bankirlər” adı altında minifutbol çempionatı - 3-4 yanvar, saat 18:00 (Lənkəran rayonu, Raypo minifutbol meydançası);
-"2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş "Qış Kuboku" uğrunda yeniyetmələr arasında basketbol üzrə rayon turniri - 1-3 fevral, saat 10:00 (Cəlilabad Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idman bazası);
- "2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon turniri - 2-3 fevral, saat 10:00 (Cəlilabad şəhər Mərkəzi Stadionun güləş zalı);
- "2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş atletika üzrə məktəbli oğlan və qızlar arasında Astara rayon turniri - 31 yanvar, saat 10:00 (Astara Dənizkənarı Park Bulvar Kompleksi);
- “Sağlam Həyat” layihəsi çərçivəsində idman tədbiri - 1 fevral, saat 14:30 (Yardımlı Olimpiya İdman Kompleksi).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- "2 fevral - Gənclər Günü" münasibətilə boks üzrə açıq şəhər birinciliyi - 29 yanvar, saat 9:00 (Mingəçevir şəhər, Cəmil Əliyev küçəsi boks idman zalı);
- "2 fevral - Gənclər Günü" münasibətilə ağırlıqqaldırma üzrə rayon turniri - 29 yanvar, saat 15:00 (Ağdaş Olimpiya İdman Kompleksi);
- "2 fevral - Gənclər Günü" münasibətilə velosiped yarışı - 1 fevral, saat 11:00 (Göyçay şəhər ərazisi);
- "2 fevral - Gənclər Günü" münasibətilə cüdo üzrə rayon birinciliyi - 2 fevral, saat 15:00 (Zərdab rayonu, Şahmat Dama klubu).

Mil-Muğan Regional Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində MMA döyüş növü üzrə idman tədbiri - 2 fevral, saat 15:30 (Sabirabad rayonu, M.Mirzəyev adına MMA idman zalı);
- "2 fevral – Gənclər Günü”nə həsr edilmiş gənclər arasında tir atıcılığı üzrə rayon birinciliyi - 31 yanvar, saat 10:00 (Saatlı rayon Gənclər Mərkəzi);
- Bodibildinq üzrə nümunəvi məşqlər - 31 yanvar, saat 15:00 (İmişli Olimpiya İdman Kompleksi).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində üzrə nümunəvi çıxışlar - 2 fevral, saat 15:00 (Qəbələ İdman Klubu);
- "2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş cüdo üzrə yeniyetmə və gənclər arasında Oğuz rayon birinciliyi - 3-4 fevral, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Minifutbol üzrə könüllü gənclər arasında yoldaşlıq görüşü - 3-10 fevral, saat 14:00 (Zaqatala Şəhər Stadionu);
- Sərbəst güləş üzrə Zaqatala UGİM-nin qrupları arasında 2009-2011-ci il təvəllüdlü idmançılar arasında açıq birincilik - 28-29 yanvar, saat 10:00 (Zaqatala rayonu, Yuxarı Tala kənd idman zalı).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- Cüdo üzrə 2011-2012, 2013-2014-cü il təvəllüdlü idmançılar arasında Qubadlı rayon birinciliyi - 30-31 yanvar, saat 10:00 (Qubadlı rayonu, Sumqayıt, Qubadlı rayonu Hal kənd tam orta məktəb).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Şahmat üzrə 8-18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatının seçmə mərhələsi – 27 yanvar – 5 fevral (Neftçala);
- "İdman hamı üçün" layihəsi şərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar – 31 yanvar, saat 15:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi şərçivəsində MMA üzrə nümunəvi çıxışlar - 3 fevral, saat 16:00 (Hacıqabul rayonu, Heydər Əliyev Mərkəzinin qarşısı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Cüdo hamı üçün" devizi ilə idman tədbiri - 2 fevral, saat 15:00 (Salyan Olimpiya İdman Kompleksi).

İdman.biz

Məqalədə: