İdman bürcü - Astroloji PROQNOZ: 29 yanvar - 4 fevral

Xəbərlər
28 Yanvar 2024 11:01
664
İdman bürcü - Astroloji PROQNOZ: 29 yanvar - 4 fevral

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç (21 mart - 20 aprel)
Bu həftə ətrafınızda olan insanların köməyinizə ehtiyacı olacaq. Karyeranızı yüksəltmək istəyirsinizsə, onlara yardım etməkdən çəkinməyin. Cümə axşamı çox ziddiyyətli gündür, bütün dedi-qodulardan uzaqda durmağınız tövsiyə edilir. Daha çox tək qalmağa çalışın. Həftə sonu yeni tanışlıqlar əhvalınızı yüksəldəcək. Bu, həm sizin, həm də onlar üçün faydalı olacaq. Maliyyə durumunuz nisbətən artacaq. Futbol, üzgüçülük, şahmat, aykido və basketbolda nailiyyətlər gözləniləndir.

Buğa (21 aprel - 20 may)
Çox əlverişli həftədir. Qarşınıza qoyulmuş tapşırıqlar tamamlamalısınız. Bu istiqamətdə heç bir əngəllə üzləşməyəcəksiniz. Bazar ertəsi və çərşənbə axşamı daha məsuliyyətli olmalı, məsləhətlərə qulaq asmalısınız. Əgər işdə mövqeyinizi yaxşılaşdırmaq fürsətini gözləyirsinizsə, o zaman çərşənbə və cümə axşamını seçin: rəhbərlərinizə yaxınlaşmaq və istəklərinizi çatdırmaq üçün ən yaxşı vaxtdır. Bazar günü şad xəbər alacaqsınız. Qaçış, at sürmə, badminton, üzgüçülük və güləş növlərində bol şanslar vəd olunur.

Əkizlər (21 may - 20 iyun)
Bu həftə düzgün qərarlar qəbul edərək pul qazanmağın asan yollarını tapa bilərsiniz. Eyni zamanda, gündəlik həyatınızı asanlaşdıracaq məqamları da əldə etmək ehtimalı var. Əsas odur ki, tənbəllik etməyin, düşüncələrinizi praktikaya yönləndirin. Çərşənbə və cümə axşamı mübahisələrdən qaçın. Şənbə günü gəzintiyə çıxın, istirahət edin. Heç də planlarınız barədə narahat olmayın, istəyiniz həyata keçəcək. Stolüstü tennis, şahmat, boks və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Xərçəng (21 iyun - 22 iyul)
Həyatınızı dəyişmək üçün planladığınız mükəmməl an gəlib çatıb. Bundan maksimal dərəcədə yararlanmağa çalışın. Bu həftə uğur qapısı üzünüzə açılır. Həftənin ortasında ağlınıza belə gəlməyən statuslu şəxs himayədarınıza çevriləcək. Bazar ertəsi və cümə axşamı başa çatdırmalı olan işlərinizi tamamlamaq tövsiyə olunur. Yuxu rejiminizə fikir verin. Həftənin ikinci yarısında emosiyalarınızı cilovlayın. Həftə sonları gəzintiyə çıxmaq və təbiət qoynunda dincəlmək daha yaxşıdır. Gimnast, karate və güləşçiləri xoş müjdələr gözləyir.

Şir (23 iyul - 22 avqust)
Bazar ertəsi və çərşənbə axşamı ideal günlərdir, arzularınızın gerçəkləşməsinə çox yaxın olacaqsınız. Bu günlərdə yaşadığınız şəhərdən kənara çıxmamaq arzuolunandır. Cümə axşamı və cümə günü çox ünsiyyət qurmağa, bütün potensialınızı göstərməyə, dəstək verməyə çalışın. Xeyriyyəçilik etmək, ehtiyacı olan insanlara kömək etmək üçün münasib günlərdir. Futbol, həndbol, şahmat, güləş və karate idman növlərində güclərini sınayanlar bol-bol uğurlar əldə edəcək.

Qız bürcü (23 avqust - 22 sentyabr)
Yaradıcı potensialınızı üzə çıxarmaq üçün çox münasib həftədir. Bu, təkcə özünüz üçün deyil, yaxınlarınız üçün də faydalı olacaq. Həftənin ikinci yarısı səfərlər üçün əlverişlidir. Sevindirici xəbərlər alacaqsınız. Maliyyə baxımından da bəxtiniz gətirəcək. Çərşənbə günü büdcənizdə köklü dəyişikliklər gözlənilir. Səhhətinizlə bağlı problem yaşanmayacaq, lakin qidalanmanıza ciddi fikir verməlisiniz. Sambo, tennis, həndbol, basketbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Tərəzi (23 sentyabr - 22 oktyabr)
Həftə sizə xoş emosiyalar, müsbət əhval-ruhiyyə gətirəcək. Bazar ertəsi və cümə günləri təkliyə çəkilin və gələcək üçün açılan “ipuçları” barədə düşünün. Bu halda problemlərin həllinə çox yaxınlaşmış olacaqsınız. Çərşənbə axşamı küsülü olduğunuz şəxslə barışmaq imkanı yaranacaq. Təmkinli olsanız, ilk addımı qarşı tərəf atacaq. Çərşənbə maliyyə durumunuzda irəliləyişlər gözlənilir. Çalışın aktiv vaxt keçirin. Güləş, atletika, tennis, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Əqrəb (23 oktyabr - 21 noyabr)
Bu həftə yaxınlarınızın diqqət və qayğısını hiss edəcəksiniz. Çərşənbə axşamı və çərşənbə günü alacağınız mesaj həyatınıza müsbət dəyişikliklər gətirəcək. Bacardığınız qədər xeyriyyə işləri ilə məşğul olun, vəsaitinizin bitməsindən qorxmayın. Çünki, bu həftə küllü miqdarda pul axını ilə üzləşəcəksiniz. Cümə günü qohumlarınıza baş çəkin. Özünüzə qarşı da laqeyd qalmayın, istirahətinizə bolluca vaxt ayırın. Sağlam həyat tərzi keçirməyə çalışın. Güləş, futbol, həndbol və voleybol idman növlərinə həvəs göstərənlər üçün bol şanslar vəd olunur.

Oxatan Oxatan (22 noyabr - 21 dekabr)
Bu həftə çoxlarının diqqətini çəkəcəksiniz. Yeni iş təklifləri alacağınız gözlənilir. İmtina etməməyiniz tövsiyə olunur. Şanslı həftədir, çalışın planlarınızı gerçəkləşdirə biləsiniz. Çərşənbə günü yeni bir başlanğıcın astanasına qədəm qoyacaqsınız. Çox vacib layihəniz gerçəkləşəcək. Həftə sonları gəzintilərə və istirahətə vaxt ayırın. Uzunmüddətli səfərlər ola bilər. Maliyyə xərcləriniz artacaq, çalışın minimal pul xərcləyəsiniz. Basketbol, voleybol, stolüstü tennis və həndbol növlərində uğurlar gözlənilir.

Oğlaq (22 dekabr - 19 yanvar)
Həftənin əvvəli keçmiş tanışlarınız tərəfindən aldadıla bilərsiniz. Bütün hallarda ayıq davranmalısınız. Onun edəcəyi şirnikləndirici təkliflərdən birmənalı imtina etməlisinniz. Hər addımınızı yaxınlarınızla məsləhətləşərək atın. Təkbaşına qərarlar qəbul etməyin. Şənbə günü ailəvi istirahət planınızı gerçəkləşdirin. Cümə günündə uğurlar vəd olunur. Daha çox maddi baxımdan sıçrayışlar olacaq. Qaçış, avarçəkmə, qılıncoynatma, velosiped və atıcılıq idmanında nailiyyətləriniz gözlənilir.

Dolça (20 yanvar - 18 fevral)
Həyatınızda əvvəllər etdiyiniz bütün səylər bəhrəsini verəcək. Gözləmədiyiniz anda xoş sürprizlə qarşılaşacaqsınız. Çərşənbə axşamı və çərşənbə günü bol şanslar vəd olunur. Sadəcə, ətrafınızdakı insanlarla, xüsusilə həmkarlarınızla mübahisədən yayının. Cümə axşamı işgüzar görüşlər keçirə bilərsiniz. Bu təmasda vacib bir işlə bağlı razılığa gəlməyiniz tövsiyə edilir. Şənbə günü tənha vaxt keçirmək üçün əlverişlidir. Həftəsonu istədiyiniz kimi dincəlməyə çalışın. Futbol, karate, cüdo və güləşlə məşğul olan idmançıların şansları bol olacaq.

Balıq (19 fevral - 20 mart)
Çərşənbə və cümə axşamı ehtiyatı əldən verməyin. Yeni təklifləri dəyərləndirəcəksiniz. İntiusiyanız sizi hara çəksə, düşünmədən razılaşın. Bütün hallarda bu, xeyrinizə olacaq. Həftənin ortalarında çox fəal olmalısınız, bu halda gələcək planlarınız öz bəhrəsini verəcək. İstənilən danışıqlara qatılın, istədiyinizi əldə edə biləcəksiniz. Cümə günü zədələr üçün çox təhlükəli bir dövrdür, evdə qalmağa çalışın, məşqlərə bir qədər ara verməniz tövsiyə edilir. Güləş, futbol, həndbol və voleybol idman növlərinə həvəs göstərənlər üçün uğurlu gözləntilər vəd olunur.

İdman.biz