Xüsusi olimpiyaçılar Azərbaycan Kubokunda iki qızıl medal qazandılar - FOTO

18 Sentyabr 2026 13:27
102
Xüsusi olimpiyaçılar Azərbaycan Kubokunda iki qızıl medal qazandılar - FOTO

Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib.

İdman.Biz xəbər verir ki, Şüvəlan Ağır Atletika Akademiyasında təşkil olunan yarışda Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları da iştirak ediblər.

Samir Eminov (59 kq) və Əli Sadıxov (105 kq) çıxışlarını qızıl medalla başa vurublar.

Samir Eminov üç hərəkətdə ümumilikdə 160 kq nəticə göstərib. Əli Sadıxov isə 530 kq-lıq ümumi nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançıların mükafatlandırılmasında Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev və pauerliftinq üzrə baş məşqçi Natiq Əliyev iştirak ediblər.

İdman.Biz