Fərid Qayıbov beynəlxalq tədbirlərdə iştirak edən gənclərlə görüşüb - FOTO

3 Sentyabr 2026 19:41
150
Fərid Qayıbov beynəlxalq tədbirlərdə iştirak edən gənclərlə görüşüb

Sentyabrın 3-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə ötən ay ərzində beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.

İdman.Biz xəbər verir ki, nazir gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onların iştirak etdikləri tədbirlər və qazandıqları təcrübə barədə fikir mübadiləsi aparıb.

Çin, Cənubi Koreya, Qazaxıstan, ABŞ və Özbəkistanda keçirilən beynəlxalq əhəmiyyətli tədbir və yarışlarda iştirak edən gənclər öz təəssüratlarını bölüşüb, nailiyyətləri və tədbirlərdə iştirakı barədə ətraflı məlumat veriblər.

Görüş zamanı gənclərin fikir və təkliflərini dinləyən Fərid Qayıbov əldə etdikləri nailiyyətlər münasibətilə onları təbrik edib və fəaliyyətlərində davamlı uğurlar arzulayıb.

İdman.Biz