İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin İDMAN AFİŞASI

Xəbərlər
23 Yanvar 2024 16:47
111
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, yanvarın 22-28-də 11 ölkədə müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

- Güllə atıcılığı üzrə H&N kuboku – 23-28 yanvar (Almaniya, Münhen);
- Güllə və stend atıcılığı üzrə İSSF dünya kuboku – 24-31 yanvar (Qahirə, Misir);
- Şose velosipedi üzrə "Tour of Sharjah" beynəlxalq idman yarışı (UCİ 2.2) – 26-31 yanvar (Birləşmiş Ərəb Əmirlikləri);
- Cüdo üzrə qadınlar və kişilər arasında Qran-Pri – 26-28 yanvar (Portuqaliya);
- WKF fənləri üzrə Karate 1 Premyer Liqa turniri – 26-28 yanvar (Fransa, Paris);
- Qılıncoynatma (şpaqa) üzrə kişilər arasında Qran-Pri– 26 yanvar (Qətər, Doha);
- Qolf üzrə "Antalia U.S kids golf Tournament" beynəlxalq turniri – 27-28 yanvar (Türkiyə, Antalya);
- Qılıncoynatma (sablya) üzrə yeniyetmə oğlanlar və qızlar arasında Kadet Sirkuit və U-10, U-12, U-14 açıq turniri – 27-28 yanvar (Rumıniya);
- Xizək alpinizmi üzrə İSMF dünya kuboku-2 – 27-28 yanvar (İspaniya, Boi-Taüll);
- Savat üzrə açıq beynəlxalq turnir – 27 yanvar ( Macarıstan, Budapeşt);
- Şose velosipedi üzrə "Grand Prix Antalya Airport City" beynəlxalq idman yarışı (Elit8U23) (UCİ 1.2) – 27 yanvar (Türkiyə, Antalya).

İdman.biz

Məqalədə: