Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç (21 mart - 20 aprel)
Yeni ideyalar haqqında düşünəcəksiniz. Bürcün bir çox nümayəndələri xarici görünüşünə daha diqqətli olacaq. Bu yanaşma yaxın gələcəkdə özünü müsbət mənada hiss etdirəcək. Həftənin ilk yarısı xoş hadisələrlə zəngin olacaq. Sağlamlığınız kifayət qədər yaxşı olacaq, lakin zədə almaq riskləri yüksək olacaq. Maliyyə vəziyyətiniz sabit qalacaq. Futbol, həndbol, basketbol və voleybolçular üçün yaxşı başlanğıc ola bilər.
Buğa (21 aprel - 20 may)
Həftə romantik münasibətlər sferasında başlayacaq. Subay cütlüklər mövcud münasibətlərin rəsmiləşməsinə çox yaxın olacaqlar. Maliyyə sahəsində geriləmə müşahidə olunmayacaq. Sağlamlığa gəldikdə, yaxın bir neçə gündə xəstələnmə riski yüksək olacaq. Qidalanmanıza son dərəcə diqqət yetirin. Atletika, tennis, güləş, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün düşərli həftədir.
Əkizlər (21 may - 20 iyun)
Peşəkar sahədə və digər vacib məsələlərdə uğur qazanacaqsınız. İntellektiniz və enerjiniz istədiyiniz məsələni çozməyə kömək edəcək, yetər ki, özünüzə inanın. Eyni anda bir neçə mənbədən yaxşı maliyyə gəlirləriniz olacaq. Sağlamlığınızı qoruyun, profilaktik tədbirləri gücləndirin. Yuxu rejiminə ciddi əməl etməlisiniz. Üzgüçülük, şahmat, futbol, aykido və basketbolda nailiyyətlər gözləniləndir.
Xərçəng (21 iyun - 22 iyul)
Həftənin birinci yarısında qeyri-adi davranışlarla üzləşəcəksiniz. Bu, xərçənglərə olduqca şok effekti yaşadacaq. Həftənin ikinci yarısında vəziyyət tarazlaşacaq. Maliyyə sahəsində müsbətə doğru dəyişikliklər gözlənilir. Həftə sonu ruhlandırıcı və müsbət emosiyalarla qarşılaşacaqsınız. Stolüstü tennis, şahmat, boks və badmintonla məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Şir (23 iyul - 22 avqust)
Həftənin ilk yarısında şəxsi işlərinizdə risklərlə qarşılaşacaqsınız. Təmkinli olsanız, sonrakı günlərdə bunun bir qədər qarşısını ala biləcəksiniz. Şənbə günü yaxınlarınızla münasibətləriniz korlana bilər. Maliyyə durumunuzu yaxşılaşdırmaq üçün qohumların köməyinə ehtiyacınız olacaq. Gözlənilən səyahəti həftə sonuna qədər təxirə salın. Atıcılıq, kamandan oxatma, şahmat və karate növlərinin təmsilçiləri yeni uğurlara imza atacaq.
Qız bürcü (23 avqust - 22 sentyabr)
Demək olar ki, bütün həftə yüksək əhval-ruhiyyədə olacaqsınız. Bu, daha çox alacağınız şad xəbərlərlə özünü təcəssüm etdirəcək. Maliyyə məsələlərində işləriniz öz axarında gedəcək. Sağlamlığınız ən yüksək səviyyədə olacaq. Lakin ətrafdakılarla münasibətlərdə sabitlik pozulacaq. Daha çox futbol, qaçış, at sürmə, badminton, üzgüçülük və güləş növlərində bol şanslar gözləniləndir.
Tərəzi (23 sentyabr - 22 oktyabr)
Həftənin ilk yarısında romantik anlar yaşayacaqsınız. Həftənin ikinci yarısı işdə bir sıra cansıxıcı məqamlarla üzləşəcəksiniz. Bu, yeni iş rejimi ilə əlaqədar olacaq. Rəhbərliklə münasibətlərinizi qorumağa çalışın. Həftəsonu çoxdan gözlədiyiniz xəbər karyeranızda müsbət dəyişikliklərə səbəb olacaq. Sadəcə, səbirli olmağınız tövsiyə edilir. Bədii gimnastika, şahmat, üzgüçülük, cüdo və güləşçiləri xoş müjdələr gözləyir.
Əqrəb (23 oktyabr - 21 noyabr)
Dövlət işində çalışanlar üçün daha münasib həftədir. Yüksək vəzifələrə keçmək şansınız olacaq. Həftənin ortalarında uzunmüddətli səyahətlər gözlənilir. Maliyyə durumunuz sahəsi qalacaq. Yoldaşlarınızıla bir arada olmağınız daha münasibdir. Həftəsonu göləmədiyiniz şəxsdən yaxşı təkliflər alacaqsınız. Qaçış, avarçəkmə, qılıncoynatma, velosiped və atıcılıq idmanında uğurlar vəd edilir.
Oxatan (22 noyabr - 21 dekabr)
Bu həftə qohumlarınızla daha çox vaxt keçirəcəksiniz. Sağlamlığınızın yerində olması bir çox sahədə uğurlara imza atmanıza imkan verəcək – xüsusilə də peşəkar sahədə. Maddi durumunuzda sıçrayış gözlənilir. Sevdiklərinizin əhatəsində olmağınız əhval-ruhiyyənizi daha da gümrah edəcək. Futbol, həndbol, şahmat, güləş və karate idman növlərində güclərini sınayanlar bol-bol uğurlarla qarşılaşacaq.
Oğlaq (22 dekabr - 19 yanvar)
Daha çox işlərinizi qaydasına salmağa vaxt ayırmalısınız - həm iş yerində, həm də şəxsi həyatınızda. Başqa bir mənzilə, şəhərə və ya hətta ölkəyə köçmək imkanı yaranacaq. Yeni perspektivlər açılacaq. Həftə boyu sağlamlığınız kifayət qədər yaxşı olacaq. Maliyyə cəhətdən həftənin ikinci yarısında bir qədər qeyri-sabitlik yaşanacaq. Təknövçülük idmanı ilə məşqul olanlar, əsasən də karate, cüdo və güləşçilər üçün uğurlu başlanğıc olacaq.
Dolça (20 Yanvar - 18 Fevral)
Maraqlı və sabit həftə gözlənilir. Rəhbərlik tərəfindən qarşınıza qoyulan tapşırıqları effektiv şəkildə həll edəcəksiniz. Səhhətinizlə bağlı heç bir problem görünmür, sadəcə, qidalanmaya ciddi fikir verin. Gözləmədiyiniz mənbədən kifayət qədər pul əldə edəcəksiniz. Yaxın gələcəkdə evliliyə səbəb ola biləcək tərəfdaşla tanışlıq gözlənilir. Güləş, futbol, həndbol və voleybol idman növlərinə həvəs göstərənlər üçün bol şanslar vəd olunur.
Balıqlar (19 fevral - 20 mart)
Həftəni dostlarınızla keçirəcəksiniz. Ətrafdakılarınızdan mənəvi dəstək və kifayət qədər maddi yardım alacaqsınız. Özünüzə ən yaxın hesab etdiyiniz şəxslə bağlı xoş xəbərlər alma ehtimalı var. Bu, həyatınızda köklü dəyişikliklərə səbəb olacaq. Həftənin ikinci yarısında yaranan psixoloji gərginlik qısa bir zamanda aradan qalxacaq. Basketbol, voleybol, stolüstü tennis və həndbol növlərində uğurlar gözlənilir.
İdman.biz