Dənizkənarı Milli Parkda “Sağlam həyat” - FOTO

Xəbərlər
19 Yanvar 2024 13:30
156
Dənizkənarı Milli Parkda “Sağlam həyat” - FOTO

Dənizkənarı Milli Parkda “Sağlam həyat” adlı kütləvi idman tədbiri keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, tennis topu atma, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) normativlərini yerinə yetiriblər.

Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

İdman.biz