Fərid Qayıbov Misirlə idman əlaqələrinin inkişafından danışdı - FOTO

16 İyul 2026 11:44
278
Fərid Qayıbov Misirlə idman əlaqələrinin inkişafından danışdı - FOTO

Misir Ərəb Respublikasının milli gününün 74-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbulda əvvəlcə Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda çıxış edərək qonaqları salamlayıb.

Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir bildirib ki, Azərbaycan və Misir arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlıq uğurla inkişaf edir.

O cümlədən gənclər və idman sahələrində də əməkdaşlığın artan dinamika ilə inkişaf etdiyini vurğulayıb.

İdman.Biz