İdman bürcü – Astroloji PROQNOZ: 15-21 yanvar

Xəbərlər
14 Yanvar 2024 10:00
893
İdman bürcü – Astroloji PROQNOZ: 15-21 yanvar

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç (21 mart - 19 aprel)
Bu həftə karyeranıza və ya şəxsi həyatınıza təsir edəcək mühüm məqamlar ola bilər. Yanvarın 17-də gözlənilməz sürprizlərlə qarşılaşacaqsınız. Yeni tanışlıqlar planlarınızı gerçəkləşdirməyə kömək edəcək. Xoş xəbərlər alacaqsınız. İdmanın basketbol, voleybol və həndbol növlərində uğurlar gözlənilir.

Buğa (20 aprel - 20 may)
Maliyyə sahəsində uzunmüddətli hədəflərinizi planlaşdırmaq üçün əlverişli həftədir. Ətrafdakılarla münasibətlərinizdə diqqətli olun. İdeyalarınızı və planlarınızı yaxınlarınızla müzakirə etməyə açıq olun. Onların dəstəyinə güvənin. Güləş, futbol, həndbol və voleybol idman növlərinə həvəs göstərənlər üçün bol şanslar vəd olunur.

Əkizlər (21 may - 20 iyun)
Həftə uğurlu hadisələrlə yadda qalacaq. İstedadınız və yorulmaz fəaliyyətiniz sayəsində çoxdankı hədəflərinizə çata bilərsiniz. Həftənin əvvəlində şəxsi həyatınızla bağlı mühüm xəbərlər gözlənilir. Fərdi idmanla məşğul olanlar, əsasən də karate, cüdo və güləşçilər üçün uğurlu başlanğıc olacaq.

Xərçəng (21 iyun - 22 iyul)
Bu həftə şəxsi və ailə münasibətləriniz diqqət mərkəzində olacaq. Həftənin ortasında əhvalınızı yüksəldəcək xoş sürprizlər gözlənilir. İntuisiyanıza güvənsəniz, çətin vəziyyətlərdən asanlıqla çıxış yolu tapacaqsınız. Futbol, həndbol, şahmat, güləş və karate idman növlərində güclərini sınayanlar bol-bol uğurlarla qarşılaşacaq.

Şir (23 iyul - 22 avqust)
Yorlumaz fəaliyyətiniz maraqlı layihələrin gerçəkləşməsinə yol açacaq. Xüsusi təşəbbüskarlığınız və liderlik bacarığınız karyeranızda dönüş yarada bilər. Bir sıra tədbirlərə dəvətlər alacaqsınız. Yeni görüşlər ürəyinizcə olacaq. Qaçış, avarçəkmə, qılıncoynatma, velosiped və atıcılıq idmanında uğurlar vəd edilir.

Qız bürcü (23 avqust - 22 sentyabr)
Xüsusilə karyera və təhsil sahəsində uzunmüddətli hədəflərinizi planlaşdırmaq üçün ideal həftədir. Ciddiliyinizi və fədakarlığınızı yeni öhdəliklərin həllinə yardım edəcək. Fikirlərinizi yaxın dostlarınızla müzakirə etməkdən çəkinməyin. Bədii gimnastika, şahmat, üzgüçülük, su polosu, cüdo və güləşçiləri xoş müjdələr gözləyir.

Tərəzi (23 sentyabr - 22 oktyabr)
Sevgi münasibətlərində irəliləyişlər vəd edilir. İşdə hər şey sabit olacaq. Bununla yanaşı, gözlənilməz vəzifələrə hazır olun. Bu həftə həm də yaradıcılıq və özünü ifadə etmək üçün əlverişli zamandır. Daha çox futbol, atletika, at sürmə, badminton, üzgüçülük və güləş növlərində bol şanslar gözləniləndir.

Əqrəb (23 oktyabr - 21 noyabr)
Həyacanlı anlar yaşayacaqsınız. Ətrafınızdakı insanların əsl məqsədlərini aydın görə biləcəksiniz. Şəxsi münasibətlərdə ehtiyyatlı olun, hisslərinizin qurbanına çevrilməyin. Maliyyə baxımından riskli həftədir. Bu baxımdan yatırımlar edərkən diqqətli olun. Stolüstü tennis, şahmat, boks və badmintonla məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Oxatan (22 noyabr - 21 dekabr)
Həftəni yüksək enerjili qarşılayacaqsınız. Yeni ideya və layihələrə başlamaq üçün özünüzdə güc hiss edəcəksiniz. Macəra həvəsiniz yüksək olacaq ki, bu da maraqlı səyahətlər vəd edir. Harmonik və sevincli anlar gözlənilir. Tennis, atletika, güləş, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün düşərli həftədir.

Oğlaq (22 dekabr - 19 yanvar)
Mühüm sürprizlərlə dolu həftə gözlənilir. Diqqətli və təmkinli davranışınız istənilən çətinliyin öhdəsindən uğurla gəlməyə kömək edəcək. Bacardıqca yaxınlarınızla sıx münasibətdə olun. Həftənin sonunda gücünüzü və enerjinizi bərpa etmək üçün istirahətinizə də vaxt ayuırın. Futbol, basketbol və voleybolçular üçün xoş sürprizlər gözləniləndir.

Dolça (20 yanvar - 18 fevral)
Gözləmədiyiniz müsbət dəyişikliklər vəd olunur. Yeni tanışlıqlar gözləniləndir. Dostlarınız və ya həmkarlarınızla ünsiyyət yeni perspektivlərə yol açacaq. Özünü inkişaf etdirmək üçün münasib həftədir. İdmanının futbol, kamandan oxatma, şahmat və karate növlərinin təmsilçiləri yeni uğurlara imza atacaq.

Balıqlar (19 fevral - 20 mart)
Maliyyə durumunuzda müsbətə doğru köklü dəyişikliklər olacaq. Bu, əsl istəklərinizi və ehtiyaclarınızı qarşılamağa təkan verəcək. Karyera yüksəlişinə müsbət təsir edəcək tanışlıqlar mümkündür. Düşüncələrinizi yaxınlarınızla bölüşsəniz, həftəni rahat başa vuracaqsınız. Şahmat, futbol, aykido və basketbolda nailiyyətlər qaçılmazdır.

İdman.biz