5-10 may tarixlərində Fransanın Lion şəhərində keçirilən uşu üzrə 20-ci Avropa çempionatında medal qazanan idmançılarımız vətənə dönüb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy, məşqçilər, valideynlər və media nümayəndələri böyük coşqu ilə qarşılayıblar.
Komandamız Eminov Elçinin rəhbərliyi ilə çempionatda uğurlu çıxış edərək ümumilikdə 15 medal qazanıb. Bu medallardan 7-si qızıl, 5-i gümüş və 3-si bürünc olub. Qazanılan nəticələr Azərbaycan uşusunun Avropada növbəti böyük uğuru kimi yadda qalıb.
