Fransanın Lion şəhərində keçirilən uşu üzrə Avropa çempionatının 2-ci günündə idmançılarımız uğurlu çıxış ediblər.
İdman.Biz bildirir ki, gənclər arasında 56 kq çəki dərəcəsində Əli Cabbarov və Elçin Muradov, 60 kq-da Nihat Əsgərov, böyüklər arasında isə 70 kq çəki dərəcəsində Elçin Eminov rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıblar.
Yarış mayın 11-dək davam edəcək.
