Ümumdünya Antidopinq Agentliyinin keçmiş prezidenti vəfat edib

7 Aprel 2026 00:32
329
Ümumdünya Antidopinq Agentliyinin keçmiş prezidenti vəfat edib

Ümumdünya Antidopinq Agentliyinin (WADA) keçmiş prezidenti Kreyq Ridi 84 yaşında vəfat edib.

İdman.Biz bildirir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat verib.

“Beynəlxalq Olimpiya Komitəsi (BOK) fəxri üzvü Ser Kreyq Ridinin 84 yaşında vəfat etməsini dərin kədərlə qarşılayıb.

Hörmət əlaməti olaraq, Lozannadakı Olimpiya Evindəki Olimpiya bayrağı üç gün ərzində yarıya endiriləcək”, - BOK-un açıqlamasında bildirilir.

Ridi WADA-ya 2014-cü ildən 2019-cu ilə qədər rəhbərlik edib.

İdman.Biz