Məşhurlaşan kimi nişanlısını sildi - FOTO

31 Mart 2026 16:05
106
Məşhurlaşan kimi nişanlısını sildi - FOTO

“Olimpiakos”- “Villeurban”basketbol oyunu zamanı kameraların hədəfinə düşən model sosial mediada inanılmaz bir yüksəliş əldə edib. Lakin onun bu populyarlıqdan dərhal sonra atdığı addım izləyiciləri şoka salıb.

İdman.Biz xəbər verir ki, oyun zamanı ekranlara düşən Mariqona "Instagram"dakı izləyici sayı cəmi bir neçə saat ərzində 90 nəfərdən 304 minə yüksəlib. Bu kəskin artım onun sosial mediada gündəmə çevrilməsinə səbəb olub.

Lakin izləyicilərin diqqətindən qaçmayan əsas məqam qadının profilindəki dəyişiklik olub. Belə ki, o, məşhurlaşan kimi nişanlısı ilə üzdə olan bütün fotolarını hesabından silib. Bu hərəkət sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub və "məşhurluq gəldi, nişanlı getdi" kimi şərhlərlə qarşılanıb.

İdman.Biz