Yaponiyanın Osaka şəhərində beysbol matçını kənar şəxslər olmadan izləmək istəyən azarkeş hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İdman.Biz xəbər verir ki, kişi azarkeş iki beysbol matçına ümumilikdə 1873 bilet sifariş edərək sonradan onları ləğv edib. O, bu addımı heç kimin onun yanındakı yerlərə bilet ala bilməməsi və oyunu təkbaşına izləyə bilməsi üçün atıb.
Sözügedən şəxsin bu hərəkəti nəticəsində təşkilatçılara 105 min ABŞ dolları (178 min 500 AZN) ziyan dəyib. Qeyri-adi hadisənin səbəbkarı sosial şəbəkələrdə “80-ci səviyyəli introvert” adlandırılıb.
