AFFA klublar üçün onlayn lisenziyalaşdırma imtahanı keçirib

2 Fevral 2026 11:25
98
AFFA klublar üçün onlayn lisenziyalaşdırma imtahanı keçirib

AFFA-nın təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində fəaliyyət göstərən yeni əməkdaşlar üçün onlayn formatda imtahan təşkil olunub.

İdman.Biz xəbər verir ki, əvvəlcə AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları iştirakçılara imtahanın qaydaları və şərtləri barədə ətraflı məlumat veriblər. Daha sonra menecerlər təqdim olunan sualları cavablandırıblar.

İmtahandan uğurla keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, mövcud lisenziya qaydalarına əsasən, lisenziya almaq istəyən hər bir klubun lisenziyalaşdırma üzrə meneceri müvafiq sertifikata sahib olmalıdır.

İdman.Biz
Məqalədə: