Cüdoçular “Söz verirəm" sertifikatını imzalayıb - FOTO

Xəbərlər
22 Dekabr 2023 14:36
101
Cüdoçular “Söz verirəm" sertifikatını imzalayıb - FOTO

Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Bakı şəhəri Yasamal rayonu 133 nömrəli tam orta məktəbdə kampaniya təşkil edilib.

İdman.biz xəbər verir ki, ACF-in Marketinq və Kommunikasiya şöbəsinin meneceri Rəşad İbrahimov tədbirə qatılan uşaqlara qısnamanın mahiyyəti və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verib.

Məktəb direktoru Mehriban Əliyeva kampaniyanın əhəmiyyətini vurğulayıb və bu təşəbbüs üçün təşkilatçılara minnətdarlığını bildirib.

Tədbir zamanı müzakirələrdə fəallıq göstərən uşaqlar qısnamaya qarşı öhdəliklər götürməyə təşviq ediliblər. Hər bir uşaq “Söz verirəm" sertifikatını imzalayıb ki, bu da onların qısnamaya qarşı olduqlarını simvolizə edir. Həmçinin, məktəblilərə məlumatlandırıcı bukletlər və qolbaqlar təqdim olunub.

İdman.biz

Məqalədə: