Bakı 2026 Sumo Dünya Çempionatının rəsmi loqosu təqdim olunub - FOTO

Xəbərlər
18 Yanvar 2026 14:21
48
Bakı 2026 Sumo Dünya Çempionatının rəsmi loqosu təqdim olunub - FOTO

Bakı 2026 Sumo Dünya Çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub.

İdman.Biz xəbər verir ki, loqo sumo idman növünün əsas fəlsəfəsini Azərbaycanın milli-mədəni dəyərləri ilə birləşdirən konsepsiya əsasında hazırlanıb.

Loqonun mərkəzində yer alan sumo atleti güc və tarazlığın simvolu kimi təqdim olunur. Atlet fiqurunun alov elementi ilə vəhdəti dinamikanı, mübarizə ruhunu və çempionatın yüksək rəqabət səviyyəsini ifadə edir.

Kompozisiyada istifadə olunan nar motivi Azərbaycan mədəniyyətində birlik və bolluğun rəmzi kimi çıxış edir. Dairəvi forma sumo meydanı olan dohyonu, aypara isə milli kimliyi və mədəni mənsubiyyəti əks etdirir.

Təqdim edilən loqo Bakı 2026 Sumo Dünya Çempionatının həm idman ruhunu, həm də ev sahibi ölkənin zəngin mədəni irsini vizual olaraq ifadə etməyi hədəfləyir.

Xatırladaq ki, çempionat 17-18 oktyabr tarixində Bakı İdman Sarayında təşkil olunacaq.

İdman.Biz