İtaliyalı gənc qolfçu barda baş verən yanğında həyatını itirdi

Xəbərlər
2 Yanvar 2026 17:15
41
İtaliyalı gənc qolfçu barda baş verən yanğında həyatını itirdi

İtaliyalı gənc qolfçu Emanuel Qalepinin İsveçrənin Kran-Montana şəhərində yerləşən barda baş verən yanğında həlak olduğu məlum olub.

İdman.Biz “RMC Sport”a istinadla xəbər verir ki, Emanuel Qalepini yanğın nəticəsində ölənlər arasında tanınıb. Onun cəmi 16 yaşı olub.

Gənc idmançının ölümünü İtaliya Qolf Federasiyası sosial şəbəkələrdə təsdiqləyib.

Hadisə Yeni il gecəsi baş verib. Valais kanton polisinin məlumatına görə, yanğın nəticəsində təxminən 40 nəfər həyatını itirib, 115 nəfər isə ağır xəsarətlər alıb.

İdman.Biz