Naxçıvanlı atlet Prezident kubokunun qalibi olub - FOTO

Xəbərlər
21 Dekabr 2025 21:20
35
Naxçıvanlı atlet Prezident kubokunun qalibi olub - FOTO

Qəbələ şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qürurla irəli” şüarı altında Prezident kuboku uğrunda 12 km məsafəyə qaçış yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, iştirakçılar Heydər Əliyev parkından (Həzi Aslanov küçəsi) start götürərək Laza kəndi istiqamətində hərəkət edib, daha sonra start-finiş nöqtəsinə geri qayıdıblar.

Turnirdə ümumi hesabla yanaşı, 40+, 50+ və 60+ yaş kateqoriyaları üzrə kişi və qadın idmançılar mübarizə aparıblar.

Naxçıvan Muxtar Respublikasını təmsil edən Əmrah Nağıyev kişilər arasında yarışda məsafəni 00:43:56 vaxt göstəricisi ilə tamamlayaraq qalib olub.

Birinci yerin sahibi olan idmançı qızıl medal, diplom, pul mükafatı və Prezident kuboku ilə təltif edilib.

İdman.Biz