Millət vəkili: “Bakıda beynəlxalq tədbirlərin təşkili insanlar arasında idmana marağı artıracaq”

Xəbərlər
16 Dekabr 2025 20:12
51
Millət vəkili: “Bakıda beynəlxalq tədbirlərin təşkili insanlar arasında idmana marağı artıracaq”

“Bakının “Dünya İdman Paytaxtı” seçilməsi prosesinə uzun zaman əvvəl başlanılmışdı”.

İdman.Biz xəbər verir ki, bu sözləri Milli Məclisin deputat Müşviq Cəfərov Bakı şəhərinin “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, 2026-cı ili Azərbaycan idmanı üçün uğurlu olacağına inandığını bildirib: “Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndə heyəti Bakıdakı idman infrastrukturunu yüksək qiymətləndirdi. Məhz bundan sonra Bakıya 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” adı verildi. Düşünürəm ki, beynəlxalq tədbirlərin təşkili insanlar arasında idmana marağı artıracaq”.

İdman.Biz