Eldar Əzizov: “Mötəbər idman statusu bizi olduqca sevindirir”

Xəbərlər
16 Dekabr 2025 18:00
66
Eldar Əzizov: “Mötəbər idman statusu bizi olduqca sevindirir”

Görülən genişmiqyaslı və sistemli işlərin məntiqi nəticəsi olaraq Bakı “Dünya İdman Paytaxtı” statusuna layiq görülüb.

İdman.Biz xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilən rəsmi təqdimat mərasimində bildirib.

O qeyd edib ki, Bakı üzərinə düşən bu məsuliyyəti uğurla yerinə yetirəcək:

“Mötəbər idman statusu bizi olduqca sevindirir. Ölkə rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyevin daim göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan idmanı davamlı inkişaf yolundadır. Bu istiqamətdə görülən işlərin real göstəricisi kimi Bakının “Dünya İdman Paytaxtı” elan olunması xüsusi əhəmiyyət daşıyır”.

Xatırladaq ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib.

İdman.Biz