Bakıda pəncərə silən qadın futbolçunun diqqətini çəkdi - VİDEO

Xəbərlər
6 Dekabr 2025 13:48
47
Bakıda pəncərə silən qadın futbolçunun diqqətini çəkdi - VİDEO

Veteran futbolçu Bakıda pəncərə silən qadını “Hörümçək qadın” adlandırıb.

İdman.Biz xəbər verir ki, tanınmış veteran futbolçu və populyar “YouTube” kanalının müəllifi Nuqzar Kvirtiya Bakıda çəkdiyi maraqlı görüntüləri şəxsi “Instagram” hesabında paylaşıb.

Paylaşımda yüksək mərtəbəli binanın pəncərələrini heç bir qoruyucu vasitə olmadan silən qadın görünür. Veteran futbolçu həmin anı zarafatla “Hörümçək qadın” adlandırıb. O, bu davranışın həm böyük cəsarət tələb etdiyini, həm də son dərəcə təhlükəli olduğunu qeyd edib.

İdman.Biz

Məqalədə: