Özbəkistanda qeyri-adi hadisə: Gəlin Messinin fotosuna kelin-salam verdi - VİDEO

Xəbərlər
5 Dekabr 2025 17:27
40
Özbəkistanda qeyri-adi hadisə: Gəlin Messinin fotosuna kelin-salam verdi - VİDEO

Özbəkistanda baş verən maraqlı və qeyri-adi hadisə sosial şəbəkələrdə geniş rezonans yaradıb. Yerli sakinin gəlininin futbol ulduzu Lionel Messinin fotosuna kelin-salam (ailəyə yeni daxil olan gəlinin qayınata, qayınana və digər ailə böyüklərinin qarşısında verdiyi salam) verməsi müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, hadisənin qəhrəmanı olan qayınata İspaniyanın “Barselona” komandasının azarkeşidir. O, yaşadığı evi komandanın bayraqları ilə bəzəyib, həmçinin öz fotosu ilə “Barselona”nın keçmiş hücumçusu Lionel Messinin tam boy şəklini hazırladıb. Qayınatanın xahişi ilə ailəyə yeni daxil olan gəlin həmin təsvirə tərəf ənənəvi kelin-salam verib.

Görüntülər qısa müddətdə sosial platformalarda yayılıb və geniş müzakirə mövzusuna çevrilib. Hadisəni maraqlı və səmimi jest kimi qiymətləndirənlər olduğu kimi, milli ənənənin bu şəkildə tətbiqini düzgün saymayanlar da az olmayıb.

İdman.Biz