Böyük Britaniyanın ITV Sport kanalında çalışan məşhur idman aparıcısı Laura Vuds, İngiltərə - Qana qadın milli komandalarının oyunu ərəfəsində canlı efirdə qəfil huşunu itirib.
İdman.Biz xəbər verir ki, efir zamanı özünü pis hiss edən aparıcıya ilk müdaxilə İan Rayt və Anita Asantenin sayəsində olunub. Hadisədən dərhal sonra stadiondakı tibb briqadası Vudsa yardım göstərib.
Посмотреть эту публикацию в Instagram
Aparıcı sosial şəbəkədə paylaşım edərək vəziyyəti barədə açıqlama verib:
“Görünür bir az qəribə oldu. Hamını narahat etdiyim üçün üzr istəyirəm. Mən yaxşıyam. “Saints”dəki həkimlər bunun yəqin ki, virus olduğunu dedilər, Bir az istirahət və maye qəbuluna ehtiyacım var. Bunun canlı efirdə baş verməsi məni çox utandırdı. Bu axşam mənə həqiqətən diqqət edən ITV-dəki həmkarlarıma böyük təşəkkür edirəm. Həmçinin məni tutan Rayt və Asanteyə də təşəkkür edirəm. Bir daha üzr istəyirəm”.Məlumata görə, Laura Vudsun vəziyyəti stabildir və həkimlər ona qısa müddətli istirahət tövsiyə ediblər.
