Fitnes-bloqer çəki artırma marafonu zamanı dünyasını dəyişdi - FOTO/VİDEO

Xəbərlər
26 Noyabr 2025 16:44
24
Fitnes-bloqer çəki artırma marafonu zamanı dünyasını dəyişdi - FOTO/VİDEO

Rusiyanın Orenburq şəhərindən olan fitnes-bloqer Dmitri Nuyanzin çəkini süni şəkildə artırmaq üçün keçirdiyi marafon zamanı həyatını itirib.

İdman.Biz xəbər verir ki, 30 yaşlı bloqer bir neçə həftə ərzində yalnız burger, qızardılmış kartof və qazlı içkilərlə qidalanıb, nəticədə çəkisi 103 kiloqrama çatıb.

O, bundan sonra “Yeni ilə qədər 10% çəki atan iştirakçıya 10 min rubl (215 AZN) mükafat” vədi ilə öz arıqlama kursunu reklam etməyi planlaşdırırmış.

Nuyanzin yuxuda olarkən ürək dayanması səbəbindən vəfat edib.

Qeyd edək ki, bir neçə il əvvəl o, narkotiklə bağlı ittiham üzrə 8 ay həbs həyatı keçirib. Daha sonra şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Bloqerin həyat yoldaşı və bir yaşlı övladı qalıb.

İdman.Biz

Məqalədə: