Rusiyanın Soçi şəhərində keçirilən idman toplanışları zamanı uşaqlardan ibarət idmançı qrupunda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Hadisə idman kompleksinə bitişik “Loo-arena” otelində baş verib.
İdman.Biz xəbər verir ki, uşaqlar dünənki nahardan sonra özlərini pis hiss etməyə başlayıblar. Onlarda yüksək hərarət, qusma və ishal müşahidə olunub.
Rəsmi məlumatlara görə, təxminən 20 nəfər zərər çəkib. “Shot” kanalı isə zərərçəkənlərin sayının 100-ə yaxın olduğunu yazır.
Hadisə ilə bağlı “Loo-arena” kompleksinin rəhbərliyi açıqlama verməkdən imtina edib.
