Klub prezidentindən Donald Trampı işarə edən açıqlama

Xəbərlər
6 Yanvar 2026 15:09
67
Klub prezidentindən Donald Trampı işarə edən açıqlama

Almaniyanın dördüncü divizionunda çıxış edən “Altona 93” klubunun prezidenti Dirk Bartel 25 illik fəaliyyətdən sonra vəzifəsindən getdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Bartel qərarını şəxsi yaş faktoru ilə əsaslandırıb və artıq klub rəhbərliyi üçün özünü uyğun hesab etmədiyini bildirib.

Onun sözlərinə görə, demək olar ki, 80 yaşı var və bu yaş bəzi vəzifələr üçün uyğun sayıla bilər:

“Artıq demək olar ki, 80 yaşım var. Ola bilsin ki, bu ABŞ prezidenti olmaq üçün yaxşı yaşdır (ABŞ prezidenti Donald Trampın 79 yaşına işarə edir), amma futbol klubunu idarə etmək üçün artıq çox yaşlıyam”.

Qeyd olunur ki, Dirk Bartel “Altona 93” klubuna dörddə bir əsr rəhbərlik edib və bu müddət ərzində klubun strukturunda və idarəçiliyində mühüm rol oynayıb.

İdman.Biz