Ronaldu, Səudiyyənin vəliəhd şahzadəsi və İlon Mask Ağ Evdə - VİDEO

Xəbərlər
19 Noyabr 2025 12:03
40
Ronaldu, Səudiyyənin vəliəhd şahzadəsi və İlon Mask Ağ Evdə - VİDEO

Kriştianu Ronaldu ABŞ prezidenti Donald Trampın təşkil etdiyi xüsusi şam yeməyində İlon Mask və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə bir araya gəlib. Tədbir Ağ Evdə baş tutub və futbol ulduzunun iştirakı diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Tramp əvvəlki çıxışında Ronaldunun Ağ Evə səfərinin ailə içində belə rezonans yaratdığını bildirmişdi.

O demişdi ki, oğlu Berron futbolçunun böyük fanatıdır və onunla görüşmək ABŞ prezidentinin ailə münasibətlərinə müsbət təsir göstərib.

Ronaldu yenidən Ağ Evdə görünəndə diqqətlər bu dəfə həm yüksək profilli qonaqlara, həm də söhbət mövzularına yönəlib. Məlumata görə, görüşün müzakirə başlıqlarından biri də yaxınlaşan 2026 Dünya çempionatı olub. ABŞ-ın da ev sahiblərindən biri olduğu turnirlə bağlı fikir mübadiləsi aparıldığı bildirilib.

Qeyd edək ki, Kriştianu Ronaldu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir və beynəlxalq nüfuzu səbəbilə tez-tez yüksək səviyyəli siyasi və iqtisadi tədbirlərin xüsusi qonağı olur.

İdman.Biz