Şəkidə 104 idmançının iştirak etdiyi IV İdman Festivalı keçirilib - FOTO

Xəbərlər
18 Noyabr 2025 12:59
55
Şəkidə 104 idmançının iştirak etdiyi IV İdman Festivalı keçirilib - FOTO

Şəki şəhərində IV İdman Festivalı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən festivalda 24 federasiyanı təmsil edən 104 idmançı iştirak edib.

Festival çərçivəsində iştirakçılar üçün hərbi-vətənpərvərlik, ilk yardım və xilasetmə üzrə təlimlər, müxtəlif əyləncəli və intellektual oyunlar təşkil olunub. Eyni zamanda, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Konstitusiya mövzusunda təlimlər də keçirilib.

Qeyd edək ki, festivala noyabrın 21-22-də Qəbələ şəhərinin Heydər Əliyev parkında idman növləri üzrə nümunəvi çıxışlar və gənc istedadların iştirakı ilə keçirilən konsert proqramı ilə yekun vurulacaq.

İdman.Biz