İslamiada: Bu gün Azərbaycan idmançıları dörd fərqli növdə mübarizə aparacaqlar

Xəbərlər
18 Noyabr 2025 09:32
62
İslamiada: Bu gün Azərbaycan idmançıları dörd fərqli növdə mübarizə aparacaqlar

Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, ilk olaraq Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.

3x3 basketbol üzrə Azərbaycan millisi isə qrup mərhələsindəki üçüncü matçında Fildişi Sahili seçməsi ilə üz-üzə gələcək.

Paraatlet Samir Nəbiyev (F57) disk atmada, atletlərdən Nazim Babayevlə Rüstəm Məmmədov üçtəkanla tullanmada, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda, Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda, İsmayıl Əliyev isə nüvə atmada uğur qazanmağa çalışacaqlar.

Qılıncoynatmanın şpaqa növündə Aynur Quliyeva və Nəzrin Mehdiyeva mübarizə aparacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 45 mükafatla (5 qızıl, 14 gümüş, 26 bürünc) medal sıralamasında 9-cu pillədə qərarlaşıb.

İdman.Biz