VI İslam Həmrəyliyi Oyunları: Bu gün Azərbaycan idmançıları beş fərqli növdə qüvvələrini sınayacaqlar

Xəbərlər
10 Noyabr 2025 09:09
60
VI İslam Həmrəyliyi Oyunları: Bu gün Azərbaycan idmançıları beş fərqli növdə qüvvələrini sınayacaqlar

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.

İdman.Biz xəbər verir ki, üzgüçülərdən Məryəm Cavadova, Abdurrahman Rüstəmov, Anastasiya Boborıkina, Eqor Maynitskiy, Ramil Vəlizadə, Vlastilina Xasyanova, Mehri Əbdurəhmanlı və 2 qız, 2 oğlandan ibarət qarışıq komanda bacarıqlarını göstərməyə çalışacaq.

Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi yarımfinalda Misir seçməsi ilə üz-üzə gələcək. Cüdo yığması isə 1/4 finalda Səudiyyə Ərəbistanı ilə münasibətlərə aydınlıq gətirəcək.

Ağırlıqqaldıran Ravin Alməmmədov (79 kq) yarışa qrup mərhələsində start verəcək.

Dörd boksçumuz isə bu gün final görüşünə çıxacaq. Nərgiz Zeynalova (54 kq) Ayşen Taşkinlə (Türkiyə), Səidcəmşid Cəfərov (80 kq), Sultan Osmanlı ilə (Türkiyə), Aynur Mikayılova (57 kq) Khumorabonu Mamajonova ilə (Özbəkistan), Məhəmmədəli Qasımzadə (60 kq) Madiyar Daniyarovla (Özbəkistan) döyüşəcək.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan təmsilçiləri indiyədək 17 mükafat (2 qızıl, 3 gümüş, 12 bürünc) qazanıblar və ölkə medal sıralamasında altıncı sıradadır.

İdman.Biz