Beyrutda futbol stadionu qaçqın düşərgəsinə çevrilib - FOTO/VİDEO

9 Mart 2026 01:08
133
Beyrutda futbol stadionu qaçqın düşərgəsinə çevrilib - FOTO/VİDEO

Livanın paytaxtı Beyrutda yerləşən əsas futbol stadionu evlərini tərk etmək məcburiyyətində qalan sakinlər üçün sığınacaq yerinə çevrilib. Hazırda bu nəhəng idman arenası qapılarını evsiz qalan ailələr üçün açıb.

İdman.Biz xəbər verir ki, stadion ümumilikdə səkkiz mindən çox insanı yerləşdirmək imkanına malikdir. Lakin bu rəqəm ümumi qaçqın axını ilə müqayisədə olduqca kiçikdir. Belə ki, İsrailin son beş gün ərzində həyata keçirdiyi hərbi zərbələr nəticəsində Livanın 450 mindən çox sakini öz yurd-yuvasını tərk edib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə stadionun daxilində və ətrafında sığınacaq tapan insanların çətin vəziyyəti əks olunub. Şahidlərin verdiyi məlumata görə, bombardmanlar nəticəsində dağılan binaların sayı artdıqca, idman obyektlərindən yaşayış üçün istifadə edilməsi yeganə çıxış yoluna çevrilir.

İdman.Biz