ABŞ-nin Hyuston şəhərində Çin döyüş növləri üzrə keçirilən “Dünya Ulduzları” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər.
İdman.Biz xəbər verir ki, Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, vinq çun ustası Asif Sayadov ustadlar kateqoriyasında qızıl medala layiq görülüb.
Digər təmsilçimiz Şıxəli Hümmətov (18-36 yaş) vinq çun taolu proqramında bürünc medal qazanıb.

