Diplomatlar arasında kartinq yarışı təşkil edilib - FOTO

7 Mart 2026 14:06
106
Diplomatlar arasında kartinq yarışı təşkil edilib - FOTO

“İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən səfirlik və diplomatik nümayəndəliklərin əməkdaşları arasında kartinq yarışı təşkil edilib.

İdman.Biz xəbər verir ki, Bakı Su İdman Sarayında keçirilən yarışda 19 kişi və 10 qadın iştirakçı fərdi şəkildə mübarizə aparıb.

Kişilər arasında birinci yeri Mixail Yevdokimov, ikinci yeri Bəxtiyar Əliyev, üçüncü yeri Daniyar Batalov tutublar.

Qadınlar arasında isə Anna Spirina, Yekaterina Gladişçuk, Malika Batalova fərqləniblər.

İdman.Biz