Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
11 Dekabr 2023 18:07
151
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, dekabrın 11-17-də müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- Voleybol üzrə ümumtəhsil müəssisələri arasında Abşeron rayon birinciliyi (2007-2009 oğlanlar; 2009-2011 qızlar, zona, final) – 11-18 dekabr, saat 10:00 (Abşeron rayonu, Xırdalan şəhər 3 nömrəli tam orta məktəb);

- Boks üzrə 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyi – 12-15 dekabr, saat 15:00 (“Təhsil” RİM Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM);

- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 13 dekabr, saat 15:00 (Xızı rayonu, Altıağac qəsəbəsi);

- “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr edilmiş voleybol üzrə 2007-ci və daha kiçik təvəllüdlü oğlanlar arasında Sumqayıt şəhər birinciliyi – 13-16 dekabr, saat 10:00 (Sumqayıt şəhər 20 nömrəli tam orta məktəb);

- “Sağlam həyat” layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar – 15 dekabr, saat 16:00 (Abşeron Olimpiya İdman Kompleksi);

- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş qılıncoynatma idman növü üzrə “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM açıq birinciliyi – 16-17 dekabr, saat 12:00 (Sumqayıt Dövlət Universitetinin 3-cü tədris korpusu).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turniri - 11 dekabr, saat 15:00 (Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);

- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında rayon turniri - 11 dekabr, saat 15:00 (Güləş idman zalı);

- Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş IX - XI sinif şagirdləri arasında minifutbol üzrə İsmayıllı rayon birinciliyi - 13-15 dekabr, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);

- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə master-klas - 15 dekabr, saat 11:00 (Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində şahmat üzrə nümunəvi çıxışlar - 11 dekabr, saat 15:00 (Naftalan şəhər stadionu);

- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "İdmanın inkişafı bizi yeni qələbələrə çağırır" adlı yürüş - 11 dekabr, saat 15:00 (Göygöl rayonu, Heydər Əliyev xiyabanından Qələbə parkına);

- “Heydər Əliyev İli”nə həsr olunmuş voleybol üzrə Goranboy rayon birinciliyinin final oyunları - 11-14 dekabr, saat 16:00 (Goranboy Olimpiya İdman Kompleksi);

- Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun şərəfinə həsr olunmuş yunan-Roma güləşi - 16 dekabr, saat 10:00 (Goranboy Olimpiya İdman Kompleksi).

- Voleybol üzrə Yüksək Liqada “Gəncə” VK - “Milli Aviasiya Akademiyası” VK komandalarının oyunu - 13 dekabr, saat 15:00 (Gəncə Olimpiya İdman Kompleksi);

- Azərbaycan Basketbol Liqasında "Şəki" BK - "Gəncə" BK komandalarının oyunu - 16 dekabr, saat 14:00 (Gəncə Olimpiya İdman Kompleksi).

Qarabağ Regional Gənclər və İdman İdarəsi

- Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə minifutbol üzrə yoldaşlıq görüşü - 12 dekabr, saat 15:00 (Ağdam rayonu, Quzanlı qəsəbəsi);

- “Heydər Əliyev İli”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Xocavənd rayon birinciliyi – 15 dekabr, saat 14:00 (Xocavənd rayonu, 500 ailəlik qəsəbə).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində “Futbol hamı üçün” idman tədbiri - 13 dekabr, saat 15:00 (Qazax şəhər stadionu);

- "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis üzrə nümunəvi çıxışlar - 14 dekabr, saat 15:00 (Qazax Olimpiya İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 15 dekabr, saat 15:00 (Ağstafa rayonu, S.Şükürov adına 3 nömrəli tam orta məktəb);

- "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis üzrə nümunəvi çıxışlar - 15 dekabr, saat 16:00 (Şəmkir Olimpiya İdman Kompleksi);

- 10-12 yaşlı məktəblilər arasında “Şən startlar” əyləncəli idman oyunları - 16 dekabr, saat 12:00 (Tovuz rayonu, Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- "Sağlam həyat" layihəsi çərçivəsində "Cüdo hamı üçün" nümunəvi çıxışlar - 11 dekabr, saat 15:00 (Siyəzən şəhər stadionu);

- "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis üzrə kütləvi idman tədbiri - 13 dekabr, saat 11:00 (Şabran rayonu, 5 nömrəli tam orta məktəb);

- "İdman həftəsi" çərçivəsində "Futbol hamı üçün" açıq məşq - 14 dekabr, saat 15:30 (Xaçmaz Olimpiya İdman Kompleksi);

- Yeniyetmə və gənc oğlanlar arasında voleybol üzrə zona birinciliyi - 14-15 dekabr, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);

- “Heydər Əliyev İli” çərçivəsində yeniyetmələr arasında sambo üzrə Qusar rayon açıq birinciliyi – 16-17 dekabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

- “Heydər Əliyev İli” münasibətilə oğlan və qızlar arasında 3x3 basketbol üzrə region birinciliyi - 13-14 dekabr, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);

- Şəhid Vüsal Kazımovun xatirəsinə həsr olunmuş boks üzrə Lənkəran-Astara region birinciliyi - 14-16 dekabr, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);

- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 16-17 dekabr, saat 11:00 (Lənkəran rayonu, Akademik Z.Əliyeva küçəsi Sağlam Məhəllə idman zonası);

- “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq uşaq və yeniyetmələr arasında minifutbol üzrə rayon turniri - 13-14 dekabr, saat 15:00 (Masallı rayonu, “Viləş” minifutbol meydançası);

- “İdman hamı üçün” layihəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar - 12 dekabr, saat 14:30 (Yardımlı Olimpiya İdman Kompleksi);

- “İdman hamı üçün” layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar - 14 dekabr, saat 14:00 (Yardımlı rayonu, Şəhid Şamil Mirzəyev adına idman zalı).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ali və orta ixtisas məktəb tələbələri arasında şəhər birinciliyi - 11-14 dekabr, saat 9:30 (Mingəçevir şəhəri, MDU idman zalı);

- "İdman hamı üçün" layihəsi çərçivəsində kontakt-karate üzrə nümunəvi çıxışlar - 11 dekabr, saat 17:00 (Ucar rayonu, İdman zalı);

- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar - 13 dekabr, saat 17:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);

- "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə sərbəst güləş üzrə rayon birinciliyi - 14 dekabr, saat 15:00 (Zərdab rayonu, bölmənin idman zalı);

- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar - 15 dekabr, saat 15:00 (Ağdaş Olimpiya İdman Kompleksi);

- Üzgüçülük üzrə rayon çempionatı - 16 dekabr, saat 15:00 (Göyçay Olimpiya İdman Kompleksi).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi

- Şahmat üzrə rayon birinciliyi - 9-14 dekabr, saat 11:00 (İmişli UGİŞM);

- Taekvondo üzrə rayon birinciliyi - 11 dekabr, saat 10:00 (Saatlı Araz-şöhrət İdman Klubu);

- Cüdo üzrə zona birinciliyi - 13 dekabr, saat 10:00 (Sabirabad Olimpiya İdman Kompleksi);

- Yunan-Roma güləşi üzrə rayon birinciliyi - 15 dekabr, saat 10:00 (Beyləqan Olimpiya İdman Kompleksi).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi

- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futzal üzrə idarə, müəssisə və təşkilatlar arasında rayon birinciliyi - 20 noyabr - 12 dekabr, saat 15:00 (Qəbələ Olimpiya İdman Kompleksi);

- Kikboksinq üzrə rayon birinciliyi - 14 dekabr, saat 16:00 (Qax şəhər stadionu).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi

- Ümumtəhsil məktəblərinin şagirdləri arasında (10-12 yaşlı oğlan və qızlar) şahmat üzrə rayon birinciliyi - 11-14 dekabr, saat 10:00 (Qubadlı rayonu, Sumqayıt şəhəri, Hafiz Quliyev adına Çaytumas məktəb-liseyi);

- Ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında (qızlar) voleybol üzrə rayon birinciliyi - 14-17 dekabr, saat 10:00 (Cəbrayıl rayonu, Biləsuvar rayonu, 4 saylı Cəbrayıl qəsəbəsi);

- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə 8, 10, 12 və 14 yaşlı oğlan və qızlar arasında rayon birinciliyi - 16-17 dekabr, saat 10:00 (Zəngilan rayonu, Binəqədi rayonu, Zəngilan rayon 4 nömrəli tam orta məktəbi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi

- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat üzrə rayon birinciliyi - 11-14 dekabr, saat 15:00 (Salyan rayonu, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);

- 2007-2008-ci il təvəllüdlü məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyinin final mərhələsi - 14 dekabr, saat 10:00 (Biləsuvar Olimpiya İdman Kompleksi).

İdman.biz