Azərbaycanın paralimpiyaçı bocciaçılari Qazaxıstan turnirində iştirak edəcəklər

Xəbərlər
25 Oktyabr 2025 12:58
38
Azərbaycanın paralimpiyaçı bocciaçılari Qazaxıstan turnirində iştirak edəcəklər

Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxış edəcəklər.

Bu barədə İdman.Biz-ə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Yarışda kişi paralimpiyaçılardan Nəriman Pirquliyev (BC1), Orxan Kərimov BC2), Bəhruz Mirzəyev (BC4) və Zaur Veysəlov (BC4), qadınlardan isə Sona Ağayeva (BC2) ilə Günel Rzazadə (BC4) mübarizə aparacaqlar.

Turnirdə ölkəmiz ilə yanaşı, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançıları da mübarizə aparacaq. Qeyd edək ki, bu gün start götürən yarış oktyabrın 31-də başa çatacaq.

İdman.Biz