İdman bürcü – Astroloji PROQNOZ: 11-17 dekabr

Xəbərlər
9 Dekabr 2023 12:00
1 030
İdman bürcü – Astroloji PROQNOZ: 11-17 dekabr

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Önümüzdəki həftə yeni başlanğıclar üçün əlverişli olacaq. Dəyişikliklərə və fürsətlərə açıq olmağa çalışın. Futbol, basketbol, voleybol, bir sözlə, top oyunları həvəskarları özünəinamı artırmalıdır, arzuladıqları həyata keçəcək.

Buğa
Bu həftə maliyyə baxımından əla olacaq. Hədəflərinizə doğru irəlilədikcə diqqətli olun. Düzgün seçim etməklə çoxlarını öz tərəfinizə çəkə bilərsiniz. Fərdi idman növləri ilə məşğul olanlar bir qədər məşqlərə ara verməlidirlər.

Əkizlər
Özünüzü inkişaf etdirmək üçün daha çox vaxta ehtiyacınız olacaq. Bacarıq və biliklərinizi təkmilləşdirməyin yollarını tapın. Qazanc əldə etmək üçün münasib həftə olacaq. Komanda yarışlarında uğurlar vəd olunur.

Xərçəng
Hadisələrlə dolu həftə gözlənilir. Yeni tanışlıqlara açıq olun. Sağlamlığınıza diqqət yetirməlisiniz. Məşqlərinizi vaxtlı-vaxtında, proqrama uyğun həyata keçirin. Qarşıdakı yarışlarda uğur qazanmağa şansınız böyükdür.

Şir
Özünüzü təsdiq etməyə böyük imkanlar olacaq. Ətrafdakılara qarşı münasibətdə diqqətli olun. Əsasən su idman növlərində uğurlar gözlənilir. Şəxsi inkişafa diqqət yetirin. Çalışın asudə vaxtlarınızı səmərəli keçirəsiniz.

Qız
Bu həftə planlaşdırma və təşkilatlı işlər üçün yaxşı olacaq. Məqsədlərinizə çatmağa çox yaxın olacaqsınız. Səyləriniz maliyyə baxımından tam bəhrəsini verəcək. Çalışın, bədxərclik etməyəsiniz. Qaçış, voleybol və stolüstü tennis oyunçuları üçün sürprizlər vəd olunur.

Tərəzi
Bu həftə sakit və ahəngdar keçəcək. Sağlamlığınıza daha çox diqqət yetirməyə çalışın. Planlaşdırdığınız işlərin sonuna gələcəksiniz. Şəxsi işlərinizlə də bağlı xoş müjdələr vəd olunur. Təlim-məşq toplanışlarında mütəmadi iştirak edin. Özünüzə inamınız, çox şeyi əldə etməyə kömək olacaq.

Əqrəb
Müsbətə doğru bir sıra dəyişikliklər mümkündür. Təmkinli olmağa və çətinlikləri dəf etməyə hazır olun. Boş vaxtlarınızda daha çox dəniz və ya çay qırağında gəzməyə üstünlük verin. İnsanların istəklərinə qarşılıq versəniz yaxşı olar.

Oxatan
Fiziki baxımdan çox gümrah olacaqsınız. Enerjinizi istəklərinizə çatmaq üçün istifadə edə bilərsiniz. Belə fürsət bir də ələ düşməyəcək. Həftə sonu gözləmədiyiniz şəxslərlə tanış olacaqsınız. Çalışın istiqanlı olasınız və asudə vaxtlarınızı məşq zallarında keçirəsiz.

Oğlaq
Dəyişiklikdən qorxmayın. Onlar yeni imkanlar və perspektivlər gətirə bilərlər. İdmana çox vaxt ayırın. Bununla bərabər səhhətinizə də diqqət yetirin. Həftə ərzində səyahətlər sizi gözləyir, qaçırmamağınız məsləhətdir.

Dolça
Bu həftə yaradıcı ideyalarla dolu olacaq. Özünüzü sınamağa, fikirlərinizi gerçəkləşdirməyə imkanlar açılacaq. Tənqidlərə dözümlü olun və nəticə çıxarın. Tənqidlər sizin gələcək karyeranıza istiqamətlənmiş fikirlər olacaq.

Balıqlar
Sağlamlığınızla bağlı qismən problemlər yaşana bilər. İnsanların kütləvi toplandığı məkanlardan qaçmayın. İstirahətinizi yaşıl meydanlarda və ya idman zallarında keçirməyiniz məsləhətdir. Məşğələlərinizi müntəzəm olaraq yerinə yetirin.