III MDB Oyunları: Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəlib

Xəbərlər
7 Oktyabr 2025 22:12
46
III MDB Oyunları: Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəlib

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.

İdman.biz yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin aktivində hazırda 33 qızıl, 53 gümüş və 92 bürünc medal var.

Siyahıya Rusiya (124 qızıl, 61 gümüş, 40 bürünc medal) başçılıq edir. Üçüncü pillədə isə Belarus (32 qızıl, 35 gümüş, 52 bürünc) qərarlaşıb.

İndiyə qədər 10 ölkə təmsilçiləri medal qazanıblar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

İdman.biz