III MDB Oyunlarının medal sıralaması: Azərbaycan üçüncü yerdədir

Xəbərlər
4 Oktyabr 2025 09:58
37
III MDB Oyunlarının medal sıralaması: Azərbaycan üçüncü yerdədir

Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.

İdman.biz xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 116 (73-27-16) medalla liderdir. Belarus 63 medalla ikinci pillədə qərarlaşıb: 15 qızıl, 20 gümüş və 28 bürünc medal. Üçüncü yerdə isə Azərbaycandır – 83 (13-27-43) medal.

Bu günə qədər III MDB Oyunlarında 8 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, yarışlarda 13 ölkənin atletləri iştirak edir.

İdman.biz